Pekkanın oğlu evləndi

IMG_0738 Dünya
12:40 Expressxeberler.az

Express xəbərlər xəbər verir ki, məşhur türkiyəli müğənni Ajda Pekkanın aktrisa bacısı Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə qurub.

Sənətçinin övladı Zoe adlı xanımla evlənib. Semiramis Pekkan oğlunun xoş günündən fotoları sosial şəbəkədə paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb:

“Canım oğlum evləndi. Onu belə xoşbəxt, sevdiyi qadınla yan-yana görmək bir ana olaraq mənə sözlə ifadə edə bilməyəcəyim hisslər yaşatdı. Bir ömür xoşbəxt olun”.

Qeyd edək ki, Zoran sənətçinin hind əsilli Qulu Lalvani ilə evliliyindən dünyaya gələn övladıdır. Cütlük 9 il sonra boşanıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

141 baxış
Paylaş: