Qadını şantaj edən gənc həbs olundu
Dünya
Expressxeberler.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
İnternet vasitəsilə tanış olduğu qadınla hoteldə görüşən gənc onun görüntülərini lentə alıb. Daha sonra həmin görüntüləri qadına göndərərək yayacağı ilə hədələyib və ondan iki dəfə pul alıb. Belə ki, o, qadından əvvəl 20 manat, daha sonra isə 80 manat tələb edib.
Qadının polisə şikayətindən sonra S.Məmmədov (şərti ad) həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb.
İşin materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə araşdırması zamanı cinayət işinin materiallarında çatışmazlıqlar olduğu müəyyən edilib. Bu səbəbdən işə baxılmayıb və materiallar Sabunçu Rayon Prokurorluğuna qaytarılıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



