Ronaldo 57 milyon avroluq malikanə tikdirir – 23 otaq, 20 maşınlıq qaraj…
Gündəm
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo Portuqaliyanın paytaxtı Lissabonda dəyəri 30 milyon avro, təxminən 57 milyon manat olan nəhəng malikanə tikdirir.
Expressxeberler.az xəbər verir ki, Portuqaliya mətbuatının məlumatına görə, futbolçunun gələcəkdə yaşamağı planlaşdırdığı mülk Lissabonun mərkəzindən 30 kilometr məsafədə inşa edilir.
Malikanədə ümumilikdə 23 otaq və 7 vanna otağı olacaq. Ərazidə Atlantik okeanına açılan mənzərəsi olan iki hovuzla yanaşı, şüşə döşəməli xüsusi hovuzun da tikilməsi nəzərdə tutulur.
Villada müasir avadanlıqlarla təchiz edilmiş şəxsi kinoteatr da yerləşəcək. Bundan başqa, Ronaldonun milyonlarla avro dəyərində olan lüks avtomobil kolleksiyasını saxlamaq üçün 20 avtomobillik yeraltı qaraj inşa ediləcək.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



