Ronaldo su brendinin yaradılmasına 10 milyon avro sərmayə qoydu

IMG_1179 Gündəm
13:34 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo yeni mineral su brendinin yaradılmasına 10 milyon avro sərmayə qoyub.

Məlumata görə, portuqaliyalı futbolçu Portuqaliyanın Qoştey şəhərində yeni mineral su markası yaratmaq üçün “Grupo Outeirinho” şirkəti ilə əməkdaşlığa başlayıb. Hazırda layihə çərçivəsində zavodun tikintisi davam edir.

Ümumi dəyəri təxminən 20 milyon avro olan layihədə Ronaldonun payı 50 faiz təşkil edir. Məqsəd yeni məhsulu gələn ilin sonuna qədər həm Portuqaliya, həm də beynəlxalq bazarlara çıxarmaqdır.

Yeni brendin dizaynı İtaliya şirkəti tərəfindən hazırlanır. Layihənin əsas hədəflərindən biri isə mineral suyu geniş istehlakçı kütləsi üçün əlçatan etməkdir.

Ən son xəbərlər üçün Expressxeberler.az saytını izləyin.

46 baxış
Paylaş: