Rusiyanı bu gün zəlzələ silkələdi-Ətraflı
Cəmiyyət
Rusiyada zəlzələ oldu
Expressxeberler.az xəbər verir ki, Rusiyanın Buryatiya Respublikasında zəlzələ baş verib.
Yeraltı təkanlar oktyabrın 5-də yerli vaxtla saat 06:54-də, Bakı vaxtı ilə 02:54-də qeydə alınıb.
Zəlzələnin maqnitudası 4,1 olub. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə isə təkanların maqnitudası 4,4 təşkil edib.
Zəlzələnin episentri Ust-Barguzin qəsəbəsindən təxminən 30 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata görə, zəlzələ nəticəsində ölən və xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.
1. 055
baxış



