Sabah yağış olmayacaq
Dünya
Sabahın hava proqnozu açıqlanıb
Expressxeberler.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz isə 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17, gündüz 20-25 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2-7, gündüz isə 10-15 dərəcə isti gözlənilir.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



