“Saçımdan kokain çıxdı, amma istifadəçi deyiləm”
Dünya
Express Xəbər”in məlumatına görə, Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saç nümunəsində kokain izləri aşkarlanan aktrisa Afra Saraçoğlu məsələyə münasibət bildirib.
Sosial media hesabında açıqlama yayımlayan aktrisa narkotik vasitələrdən istifadə etmədiyini vurğulayıb. A. Saraçoğlu qeyd edib ki, istintaqdan xəbər tutan kimi xaricdəki səfərini yarıda kəsərək öz istəyilə Türkiyəyə qayıdıb və hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edib. Məşhur aktrisa mənzilində aparılan axtarış zamanı heç bir qanunsuz maddənin tapılmadığını diqqətə çatdırıb.
Saç analizinin nəticəsindən təəccübləndiyini bildirən aktrisa bunu peşəsilə əlaqələndirib:
Mütəxəssislərdən öyrəndiyimə görə, saç teli xarici təsirlərə son dərəcə açıqdır. Peşəm səbəbilə qatıldığım izdihamlı tədbirlərdə fərqində olmadan passiv məruzqalma və ya təmas yolu ilə də bu cür texniki izlər qala bilər. Qan və sidik analizlərimin təmiz çıxması da narkotik istifadəçisi olmadığımı sübut edir
‼️ Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun!
.”



