“Sosial media təxribatçılarının istəyi ilə iş görmürük” – Ərdoğan

IMG_9523 Siyasət
21:39 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şayiələr, müxalifət və media gündəmi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Ərdoğan bildirib ki, siyasətini şayiə və dedi-qodulara, eləcə də müxalifətin və medianın gündəminə uyğun formalaşdırmır.

“Biz qarayaxmaçıların və sosial media təxribatçılarının istəyi ilə deyil, millətin müəyyən etdiyi istiqamətə uyğun hərəkət edirik. Hər kəsin bir planı, bir ssenarisi varsa, bizim də fəaliyyət planımız və cədvəlimiz var. Səbr və qətiyyətlə bu planı addım-addım həyata keçirəcəyik.

Heç kim inzibati və siyasi baxımdan lazım olanı edəcəyimizə şübhə etməsin. Bu günə qədər əxlaqdan, imandan və vicdandan yayınmamışıq. Bundan sonra da heç kim bizi yolumuzdan çəkindirə bilməz”, – deyə Ərdoğan vurğulayıb.

Expressxeberler.az

163 baxış
Paylaş: