Sürücülərin nəzərinə: Bu rayonda yol infrastrukturu yenilənir

IMG_0638 Cəmiyyət
21:01 Expressxeberler.az

Tovuz rayonunda avtomobil yolları əsaslı təmir olunacaq. İşlərin büdcədənkənar vəsaitlər hesabına həyata keçirilməsi nəzərdə tutulur.

Express xəbərlər xəbər verir ki, bununla bağlı satınalmanı Tovuz Rayon İcra Hakimiyyəti elan edib.

Layihənin ehtimal olunan qiyməti 291 789 manat müəyyənləşdirilib.

Qeyd edək ki, yolların əsaslı təmiri Tovuz rayonunun Rahib Quluyev, Məhər Quluyev, Dilqəm Qurbanov, Xəqani, Aşıq Şəmşir və digər küçələrini əhatə edəcək.

64 baxış
Paylaş: