Tanınmış müğənni “40 dərəcəyə çatan temperaturla konsert oxumuşam”

IMG_0834 Gündəm
18:07 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, bu sözləri “İncə səhər” verilişinə qonaq olan Xalq artisti Nazpəri Dostəliyeva deyib.

O bildirib ki, hər bir sənətkar sağlam da olsa, xəstə də olsa, öz ifası, sənəti və peşəkarlığı ilə daim tamaşaçısının sevgisini qazanmalıdır:

“Əgər bir sənət adamı o xalqın məsuliyyətini başa düşürsə, onu sevənləri, dinləməyə gələn insanları heç vaxt mənfi bir şeylə təəccübləndirməməlidir. Onun borcudur ki, necə özünü sevdirib, musiqisini sevdirib, elə də çıxış etsin. Ona görə insan xəstələnə də bilər, insan yuxusuz da ola bilər, insan yorğun da ola bilər, amma səhnə məsuliyyəti tələb edir”.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

172 baxış
Paylaş: