Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı

IMG_1237 Gündəm
09:54 Expressxeberler.az

Ermənistan səmasında yeni döyüş təyyarələri görünəcək

Expressxeberler.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Papikyan L-39 “Skyfox” təyyarəsinin görüntüsünü paylaşaraq “Bu möcüzələr tezliklə Ermənistan səmasında uçacaq” sözlərini yazıb.

Nazir həmin təyyarələrin fonunda və döyüş təyyarələri ilə tanış olarkən çəkilən fotolarını da paylaşıb. O, fotoları “Ermənistan silahlı qüvvələrinin aviasiya tarixində ən əlamətdar günlərdən birinin fotoseriyası” adlandırıb.

Qeyd edək ki, Suren Papikyan hazırda Çexiyadadır.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

148 baxış
Paylaş: