Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
Dünya
Expressxeberlər xəbər verir ki, Oqtay İsmət oğlu Gözəlov mərkəzin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Oqtay Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib.
O, 2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib.
Xatırladaq ki, daha əvvəl bu vəzifədə Mirələm Cəlalov çalışıb. O, bu ilin aprel ayında vəzifəsindən azad edilib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
117
baxış



