Tramp Fars körfəzi ölkələrinin liderləri ilə İran müharibəsini müzakirə edəcək

1789601141211 Siyasət
11:09 Expressxeberler.az

ABŞ Prezidenti Donald Trampın gələn həftə Fars körfəzi ölkələrinin nümayəndələri ilə İranla müharibənin növbəti mərhələsini müzakirə etməsi gözlənilir.

Expressxeberler.az xəbər verir ki, Axios-un mənbələrə istinadən yaydığı məlumata görə, görüşün sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının iclasları çərçivəsində keçirilməsi planlaşdırılır.

Görüşdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Omanı liderlərin və ya xarici işlər nazirlərinin təmsil etməsi gözlənilir.

Məlumata görə, əsas müzakirə mövzularından biri İranla müharibədən sonrakı strategiya ilə bağlı ABŞ-ın təklifləri olacaq.

Qeyd edək ki, Tramp daha əvvəl İranla müharibənin sona yaxınlaşdığını və Tehranın razılaşma istədiyini bildirmişdi.

6 baxış
Paylaş: