Trampa qarşı impiçment təşəbbüsü Nümayəndələr Palatasında dəstək qazanmadı

6aa9c696ae5ac9102d48e2cc Siyasət
07:33 Expressxeberler.az

ABŞ Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanması ilə bağlı Demokratların təşəbbüsü Nümayəndələr Palatasında lazımi dəstəyi qazana bilməyib.

Qətnamə 232 deputatın lehinə, 147 deputatın əleyhinə səs verməsi ilə rədd edilib. 47 deputat isə bitərəf qalıb.

Expressxeberler.az xəbər verir ki, Donald Tramp daha əvvəl Demokratların ara seçkilərdə qalib gələrək Konqresə nəzarəti ələ keçirmələri halında ona qarşı impiçment proseduruna başlaya biləcəklərini bildirmişdi.

İmpiçment ABŞ-da yüksək vəzifəli dövlət məmurunun vəzifədən kənarlaşdırılması məqsədilə Konqresdə həyata keçirilən konstitusion prosedurdur.

14 baxış
Paylaş: