Trampdan qeyri-adi açıqlama: Bu ifadəni işlədənləri düşmən sayır
Dünya
Tramp “süni intellekt” ifadəsini işlədənləri düşmən hesab edir
Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “süni intellekt” əvəzinə “superintellekt” terminindən istifadə edilməsini tələb edib.
Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. O bildirib ki, daha geniş qəbul edildiyini və daha dəqiq olduğunu iddia etdiyi “superintellekt” termini əvəzinə “süni intellekt” ifadəsini işlədən hər kəs Ağ Ev üçün düşmən hesab olunur.
Qeyd edək ki, Tramp daha əvvəl də “süni intellekt” termininin uğursuz və qeyri-dəqiq olduğunu düşündüyünü açıqlayıb.
72
baxış



