Türkiyənin ən varlı aktyorları
Gündəm
Expressxeberler.az xeber verir,kiTürkiyənin ən varlı kişi aktyorları ilə bağlı yayılan məlumatları təqdim edir.
“top10explorerr” tərəfindən hazırlanan siyahıda ilk pillədə Kıvanç Tatlıtuğ qərarlaşıb. Onun sərvətinin təxminən 15 milyon dollar olduğu iddia edilib.
İkinci yerdə Kenan İmirzalıoğlu yer alıb. Məşhur aktyorun sərvəti 12 milyon dollar olaraq göstərilib.
Burak Özçivit və Can Yaman isə hərəyə 10 milyon dollar sərvətlə siyahının növbəti pillələrini bölüşüb.
Çağatay Ulusoyun sərvətinin 7 milyon dollar, Halit Ergençin isə 6 milyon dollar olduğu bildirilib.
Siyahıda Engin Akyürek, Barış Arduç və Murat Yıldırımın hər birinin sərvəti 5 milyon dollar göstərilib.
Kerem Bürsin isə təxminən 4 milyon dollar sərvətlə siyahıda yer alıb.
Türkiyənin ən varlı kişi aktyorları:
• Kıvanç Tatlıtuğ – 15 milyon dollar
• Kenan İmirzalıoğlu – 12 milyon dollar
• Burak Özçivit – 10 milyon dollar
• Can Yaman – 10 milyon dollar
• Çağatay Ulusoy – 7 milyon dollar
• Halit Ergenç – 6 milyon dollar
• Engin Akyürek – 5 milyon dollar
• Barış Arduç – 5 milyon dollar
• Murat Yıldırım – 5 milyon dollar
• Kerem Bürsin – 4 milyon dollar
Qeyd edək ki, aktyorların sərvəti ilə bağlı bu rəqəmlər müxtəlif media mənbələrində yayılan təxminlərə əsaslanır və onların rəsmi maliyyə hesabatları deyil.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
:::



