Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması

IMG_0920 Gündəm
15:17 Expressxeberler.az

YAP-dan Türkiyədəki açıqlamalara sərt reaksiya: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”

Expressxeberler.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və AKP təmsilçilərinin Azərbaycanla bağlı açıqlamalarına münasibət bildirib.

YAP bəyan edib ki, Türkiyənin bəzi media orqanlarında Azərbaycan haqqında qərəzli və böhtan xarakterli məlumatların yayılması, eləcə də ölkənin İsraillə münasibətlərinin təhrif olunması qəbuledilməzdir.

Partiya Azərbaycanın Fələstin xalqının hüquqlarını dəstəklədiyini, dini etiqad azadlığının Konstitusiya ilə qorunduğunu və ölkənin dünyəvi dövlət olduğunu vurğulayıb.

Bəyanatda Azərbaycan–Türkiyə münasibətlərinin “Bir millət, iki dövlət” prinsipinə əsaslandığı xatırladılıb. Bildirilib ki, bu prinsip bir dövlətin digərinin daxili işlərinə müdaxiləsinə və siyasi yanaşmalarını qəbul etdirməsinə əsas vermir.

YAP AKP təmsilçilərini Azərbaycanın suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmağa çağırıb.

Ən son xəbərlər üçün Expressxeberler.az saytını izləyin!
#mekteb #yap #türki̇ye

514 baxış
Paylaş: