Zelenski: Münaqişədə əsas qələbə sülhdür

6aaa625e02e8bd18704eb8d3 Siyasət
14:29 Expressxeberler.az

Ukrayna Prezidenti Vladimir Zelenski “CBS News”a müsahibəsində münaqişə və ölkədə seçkilərin keçirilməsi ilə bağlı açıqlamalar verib.

Expressxəbərlər.az xəbər verir ki, Zelenski münaqişə ilə bağlı “hər kəs üçün ən vacib qələbənin sülh olduğunu” bildirib.

O, seçkilərin keçirilməsinin hazırkı şəraitdə mümkün olmadığını deyib və bunun səbəbləri sırasında ölkə xaricində yaşayan təxminən 9 milyon ukraynalının olmasını göstərib. Zelenskinin sözlərinə görə, müharibə davam etdiyi müddətdə seçkilərin keçirilməsi Konstitusiya, seçki qanunvericiliyi və təhlükəsizlik baxımından problemlərlə üzləşir.

Zelenski həmçinin bildirib ki, seçkiləri “sabah” keçirməyə hazırdır, lakin bunun üçün mövcud maneələrin aradan qalxması lazımdır.

9 baxış
Paylaş: