Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Gündəm
Expressxeberler.az xəbər verir ki, Ermənistan ərazisində saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev barəsində məhkəmə tərəfindən iki aylıq həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, məhkəmə Ermənistan İstintaq Komitəsinin vəsatətini təmin edib. Nəsimi Musayevin naməlum şəraitdə Ermənistan ərazisinə keçdiyi və Zəngəzurun Şəki kəndində saxlanıldığı bildirilir.
Qeyd edək ki, Azərbaycan tərəfinin məlumatına əsasən, Nəsimi Musayev sentyabrın 26-da xidmət yerində olmayıb və onun axtarışına başlanılıb. Sonradan onun Ermənistan ərazisində olduğu və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.
Ermənistan tərəfi hadisə ilə bağlı Azərbaycan hərbçisinə qarşı bir sıra ittihamlar irəli sürüb. Bu ittihamlarla bağlı Azərbaycan tərəfinin mövqeyi isə ayrıca nəzərə alınmalıdır.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
:::



