34 yaşlı aktyor intihar etdi
Şou-biznes
Breaking Bad” serialının ulduzu 34 yaşında vəfat etdi
“Breaking Bad” serialında Uolter Uayt-Cunior obrazını canlandıran amerikalı aktyor Ar-Cey Mitti dünyasını dəyişib.
Expressxeberler.az xəbər verir ki, 34 yaşlı aktyorun intihar etdiyi bildirilir.
Qeyd edək ki, Mitti ekran işində baş qəhrəman Uolter Uaytın (Brayan Krenston) böyük oğlunu canlandırıb. O, 2008–2013-cü illərdə yayımlanan serialın bütün beş mövsümündə iştirak edib.
Personajı kimi, aktyor da uşaqlıqdan serebral iflicdən əziyyət çəkib. Lakin onun xəstəliyi daha yüngül formada olub. Roluna hazırlaşarkən Mitti əsa ilə hərəkət etməyi öyrənib və danışıq tərzini dəyişib.
Aktyor televiziya debütünü “Hannah Montana” serialında edib. Onun rol aldığı layihələr arasında “Now Apocalypse”, “Guardians of Justice”, “Triumph” və “All the Little Things We Destroy” da var.
Aktyorluq karyerası ilə yanaşı, Ar-Cey Mitti model kimi də fəaliyyət göstərib, həmçinin əlilliyi olan insanların hüquqlarının müdafiəsinə töhfə verib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



