Türkiyədə Ard-arda Güclü Zəlzələlər baş verdi-VİDEO
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar yerli vaxtla saat 14:19-da, Bakı vaxtı ilə 15:19-da, 7,99 kilometr dərinlikdə baş verib. Zəlzələ Mersin, Qaziantep, Kilis və Osmaniye vilayətlərində də hiss olunub.
İlk zəlzələdən 17 dəqiqə sonra eyni ərazidə 4,9 maqnitudalı daha bir təkan qeydə alınıb. İkinci zəlzələnin ocağı 8,67 kilometr dərinlikdə yerləşib.
Bundan əlavə, Osmaniye vilayətinin Sumbas rayonunda 5,2 maqnitudalı zəlzələ baş verib. Bu təkanın ocağı 7 kilometr dərinlikdə yerləşib.
Hadisələrlə bağlı əlavə məlumat verildikcə təqdim edəcəyik.
Ən son xəbərləri Expressxeberler.az saytından izləyin.
1. 634
baxış



