ABŞ qoşunlarının Avropadan çıxarılması NATO-nu zəiflədə bilər

6aaa4b5a02e8bd1a2b7a6dae Dünya
12:25 Expressxeberler.az

ABŞ-ın bəzi qoşunlarını Avropadan çıxarması NATO-nun imkanlarını ciddi şəkildə zəiflədə bilər.

Expressxəbərlər.az xəbər verir ki, bu barədə “Foreign Affairs” yazıb.

Nəşrin məlumatına görə, Vaşinqtonun planları Avropa ölkələrinin qitənin müdafiəsi üçün daha böyük məsuliyyət daşımasını nəzərdə tutur.

Lakin jurnalistlər belə bir addımın “dağıdıcı nəticələrə” səbəb ola biləcəyini qeyd edirlər. “Foreign Affairs”in yazdığına görə, Avropa ölkələri ABŞ-ın hərbi imkanlarını tam şəkildə kompensasiya etmək gücündə deyil.

NATO-nun baş katibi Mark Rutte daha əvvəl bildirib ki, alyansın əsas məqsədi yalnız müdafiə xərclərini artırmaq deyil, eyni zamanda silah istehsalını genişləndirməkdir.

8 baxış
Paylaş: