Türkiyədə təyyarədə BOMBA PANİKASI: sərnişinlər təxliyə edildi
Cəmiyyət
Türkiyədə təyyarədə BOMBA XƏBƏRDARLIĞI: 143 nəfər təxliyə edildi
Expressxeberler.az xəbər verir ki, Ankara-Şanlıurfa reysi ilə hərəkət edən sərnişin təyyarəsində partlayıcı maddənin olması barədə məlumat daxil olub.
Məlumata görə, “AJet” aviaşirkətinə məxsus 4180 saylı təyyarə oktyabrın 5-də saat 19:00-da Ankaradan havaya qalxıb və 20:05-də Şanlıurfa GAP Hava Limanına eniş edib.
Təyyarənin göyərtəsində 136 sərnişin və 7 ekipaj üzvü olmaqla, ümumilikdə 143 nəfər olub.
Xəbərdarlıqdan sonra sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə təyyarədən təxliyəsi təmin edilib.
Hazırda təhlükəsizlik qüvvələri təyyarənin göyərtəsində axtarış apararaq partlayıcı maddənin olub-olmadığını müəyyənləşdirir.
Hadisə ilə bağlı araşdırma davam edir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.



