“Uşağı danlayan kimi bütün nəsil müəllimin üstünə gedir”
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, müğənni İzzət Bağırovun Heydər Əliyev Sarayında konserti keçirilib.
Gecə ərzində sənətçi tamaşaçılarla səmimi söhbət edib. Konsertə gələn müəllimləri salamlayan İzzət Bağırov son günlər sosial şəbəkələrdə müəllimlərlə bağlı yayılan videolara da münasibət bildirib.
İfaçı çıxışında deyib:
“Əvvəl gəlib evdə deyirdik ki, müəllim məni danladı. Valideynlərimiz deyirdi: “Nə etmisən ki?”. İndi müəllim uşağı danlayanda başqa cürdür. Bütün nəsil məktəbə, müəllimin üstünə gedir”.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
135
baxış



