Son bölüm reytinqi təəccübləndirdi

IMG_0893 Dünya
19:21 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, ATV kanalında yayımlanan Türkiyə istehsalı “Aşk ve Taht” serialı final bölümü ilə reytinq siyahılarında gözləniləndən xeyli aşağı nəticə göstərib.

Baş rolunda Akın Akınözünün yer aldığı serial son bölümü ilə tamaşaçılarla vidalaşıb. Layihə “Total”, “AB” və “ABC1” kateqoriyalarının heç birində 1 reytinq balını keçə bilməyib.

Final bölümü ilə ekranlara vida edən “Aşk ve Taht” 0,85 reytinqlə siyahının 30-cu pilləsində qərarlaşıb.

Gecənin reytinq siyahısında isə “Sevdan Bir Ateş” və “Yeraltı” serialları ön sıralarda yer alıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

46 baxış
Paylaş: