ABŞ sanksiyaları ləğv etdi – Putindən ilk açıqlama

IMG_0044 Dünya
01:43 Expressxeberler.az

Putin ABŞ-a neft tədarük etməyə hazır olduqlarını açıqladı

Expressxeberler.az xəbər verir ki, Rusiya ABŞ və qlobal bazarlara neft və neft məhsulları tədarük etməyə hazırdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra bildirib.

Putinin sözlərinə görə, Rusiya neftinin ABŞ bazarına çıxarılması qlobal iqtisadiyyata müsbət təsir göstərə bilər.

Rusiya lideri qeyd edib ki, Trampla söhbət zamanı Ukrayna böhranının həlli perspektivləri də geniş müzakirə olunub.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Putinlə dizel yanacağının tədarükü məsələsində razılıq əldə etdiyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Rusiyadan dizel yanacağının ixracına dair sanksiyaları 2027-ci il aprelin 7-dək aradan qaldırdığını bəyan edib.

Ən son xəbərlər üçün Expressxeberler.az saytını izləyin.

490 baxış
Paylaş: