“Bir aparıcıya bunu yaraşdırmadım“
Cəmiyyət
Elnarə Təhməzova radio həmkarını tənqid etdi: “Camaatı üz-üzə qoymaqla nə əldə edirsən?”
Expressxeberler.az xəbər verir ki, aparıcı Elnarə Təhməzova radio həmkarlarının efirdə səsləndirdiyi fikirlərə irad bildirib.
Aparıcı sosial şəbəkədə yayımladığı videoda tıxaclarla bağlı danışan radio aparıcısının fikirlərini tənqid edib. E.Təhməzova həmin şəxsin adını və çalışdığı radionu açıqlamayıb.
O bildirib ki, efirdə səsləndirilən fikirlər media nümayəndəsinə yaraşmır. Aparıcının sözlərinə görə, paytaxtda tıxaclar gündəlik problemdir və bu məsələyə istehzalı yanaşmaq düzgün deyil.
“Maşında gedəndə radionu dinləyirəm. Hansı dalğa və aparıcı olduğunu deməyəcəyəm. Deyir ki, bilmirəm, şəhərə nə olmuşdu, aləm bir-birinə dəymişdi, tıxaclar, insanlar qalmışdı yolda. Bir radio və ya televiziya aparıcısına, informasiyanın içərisində olan şəxsə yaraşan cümlə deyil.
Birincisi, bir Bakımız var. Tıxac bir saatın, bir ayın problemi deyil. Ən əsası, ölkə gündəmini izləmək lazımdır. Hər şey, həyat paytaxtdadır. Bir radio aparıcısı da səhər, günorta maşın idarə edənlərin yolda keçirdiyi vaxtı nəzərə almalıdır. Bunu ironiya ilə deyəndə qıcıq yaradır”, – deyə o bildirib.
E.Təhməzova radio aparıcılarına verilişlərinin istiqamətinə uyğun mövzular seçməyi də tövsiyə edib.
“Radio aparıcısısan, verilişinin istiqamətini bilirsən. O istiqamətdə veriliş apar. Bu gün, dünən şəhərə nə olub, nə baş verib, bu mövzuda danışa bilmirsənsə, efirdə iki-üç mahnı səsləndir. Camaatı üz-üzə qoymaqla nə əldə edirsən?” – deyə aparıcı fikirlərini yekunlaşdırıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



