Qaqarinanın sanksiyalarla bağlı iddiasında YENİ QƏRAR

6aaa6e09ae5ac93e406b3535 Cəmiyyət
15:21 Expressxeberler.az

Avropa İttifaqı məhkəməsi müğənni Polina Qaqarinanın şəxsi sanksiyalara qarşı iddiasını qismən təmin edib.

Expressxəbərlər.az xəbər verir ki, bu barədə T-460/24 saylı “Gagarin v Council” işində qeyd olunur.

Məhkəmə Qaqarinaya qarşı sanksiyaların 2025-ci ilə qədər uzadılması ilə bağlı iki qərarı ləğv edib. Buna səbəb həmin dövrdə müğənninin sanksiya meyarlarına cavab verməyə davam etdiyini göstərən yeni sübutların olmaması olub.

Qaqarina ilkin olaraq 2024-cü ilin iyununda Aİ-nin sanksiyalar siyahısına daxil edilib. Həmin ilin sentyabrında məhdudiyyətlərin uzadılması ilə bağlı qərar isə qüvvədə qalır.

Daha əvvəl Aİ məhkəməsinin Qaqarinanın Aİ Şurasına qarşı sanksiyaların ləğvi ilə bağlı ikinci iddiasını qeydə aldığı da məlum olmuşdu.

5 baxış
Paylaş: