Şimali Koreya nüvə silahından istifadə ehtimalı barədə xəbərdarlıq etdi

6aaa7e7602e8bd514c0d80ff (1) Dünya
17:00 Expressxeberler.az

Şimali Koreya ABŞ və Cənubi Koreyanın hərbi fəaliyyətlərinə cavab olaraq nüvə silahından istifadə ehtimalına dair xəbərdarlıq edib.

Expressxeberler.az xəbər verir ki, bu barədə Şimali Koreya Müdafiə Nazirliyinin sözçüsü açıqlama yayıb. Bəyanat dövlət xəbər agentliyi KCNA tərəfindən dərc olunub.

Açıqlamada bildirilib ki, ABŞ və Cənubi Koreyanın kütləvi qırğın silahları ilə bağlı birgə fəaliyyətləri Pxenyan tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir. Şimali Koreya belə vəziyyətin yaranacağı təqdirdə nüvə qüvvələrindən istifadə imkanını nəzərdən keçirə biləcəyini bildirib.

Bundan əvvəl Şimali Koreyanın müdafiə naziri Kim Sonq Gi ABŞ və müttəfiqlərinin yeni hərbi qarşıdurmaya cəhd göstərəcəyi təqdirdə “güclü və qarşılıqlı tədbirlər” görüləcəyini açıqlamışdı.

Qeyd edək ki, son günlər ABŞ, Cənubi Koreya və Yaponiyanın birgə hərbi fəaliyyəti Pxenyanın sərt reaksiyasına səbəb olub. Şimali Koreya həmçinin ABŞ-ın Cənubi Koreya və Yaponiyanın nüvə enerjili sualtı qayıqlar əldə etməsini dəstəkləməsini tənqid edib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Asiya-Sakit okean regionunda hərbi qarşıdurma riskinin artması barədə xəbərdarlıq edib. Çin də ABŞ, Yaponiya və Avstraliyanın hərbi əməkdaşlığının bölgədə silahlanma və qarşıdurma riskini artırdığını bildirib.

31 baxış
Paylaş: