11-ci sinif şagirdi 3-cü sinif şagirdini maşının altına düşməkdən belə xilas etdi – VİDEO

IMG_5263 Dünya
18:46 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Özbəkistanın Cizzax vilayətinin Foriş rayonunda 10 sentyabrda təhlükəli yol hadisəsi baş verib.

3-cü sinif şagirdi piyada keçidindən keçərkən “Gentra” markalı avtomobil yüksək sürətlə ona yaxınlaşıb. Sürücü uşağa yol vermədən hərəkətini davam etdirib.

Hadisəni görən Foriş rayonundakı 1 nömrəli ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Şahzod O’tkirov dərhal müdaxilə edərək azyaşlını yolun kənarına çəkib və onu mümkün bədbəxt hadisədən xilas edib.

Hadisədən sonra avtomobilin sürücüsü barəsində inzibati protokol tərtib olunub, nəqliyyat vasitəsi isə cərimə meydançasına yerləşdirilib.

Şahzod O’tkirovun göstərdiyi cəsarət dövlət qurumları tərəfindən də qiymətləndirilib. Foriş rayon hokimi, Cizzax vilayəti Daxili İşlər İdarəsinin İctimai Təhlükəsizlik Xidmətinin Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin rəhbərliyi və digər aidiyyəti qurumların nümayəndələri şagirdin təhsil aldığı məktəbə baş çəkiblər.

Şagirdin valideynlərinə təşəkkür bildirilib. Şahzod O’tkirova isə rəsmi təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.

266 baxış
Paylaş: