Hamilə arvadını öldürüb İtaliyaya qaçdı – 3-cü uşağı gözləyirdilər

IMG_0659 Dünya
13:32 Expressxeberler.az

Hamilə həyat yoldaşını öldürməkdə ittiham olunan şəxs ABŞ-a qaytarılacaq

Expressxeberler.az xəbər verir ki, ABŞ-da hamilə həyat yoldaşını öldürməkdə təqsirləndirilən və daha sonra İtaliyaya qaçan Li Gillinin (Lee Gilley) ekstradisiyasına icazə verilib.

Hadisə Texas ştatının Hyuston şəhərində baş verib. İstintaqın məlumatına görə, 38 yaşlı Krista Bauer Gilli üçüncü övladına doqquz həftəlik hamilə olarkən həyatını itirib.

Li Gilli əvvəlcə polisə müraciət edərək həyat yoldaşının intihara cəhd etdiyini bildirib. Xəstəxanaya çatdırılan qadın ertəsi gün vəfat edib. Lakin məhkəmə-tibbi ekspertiza zamanı onun boynunda izlər aşkarlanıb və bundan sonra əri qətldə ittiham olunub.

Məhkəmə Gillinin bir milyon dollar girov müqabilində azadlığa buraxılmasına qərar verib. Ona pasportunu təhvil vermək və elektron nəzarət qolbağı taxmaq öhdəliyi qoyulub. Buna baxmayaraq, o, mayın 1-də qolbağı çıxararaq İtaliyanın Milan şəhərinə qaçıb.

Gilli sərhəd nəzarəti zamanı saxta Belçika pasportundan istifadə edib. Daha sonra saxlanılan şəxs İtaliyada siyasi sığınacaq istəyib və ABŞ-da ölüm cəzası ilə üzləşə biləcəyini bildirib. O, məhkəmədə həyat yoldaşını öldürmədiyini və haqsız yerə ittiham olunduğunu iddia edib.

İtaliya məhkəməsi daha əvvəl ekstradisiya üçün ABŞ-dan Gilliyə ölüm cəzası verilməyəcəyinə dair təminat tələb edib. Texasın Harris dairəsi prokurorluğu ölüm cəzası tələb etməyəcəyini açıqlayıb.

#ABŞ #İtaliya #Qətlİşi #Ekstradisiya #Məhkəmə #DünyaXəbərləri #Expressxeberler #Expressxeberler.az

118 baxış
Paylaş: