Filippində İki təyyarə toqquşdu- HAMI ÖLDÜ
Dünya
İki təyyarə toqquşdu: Hamı öldü
Expressxeberler.az xəbər verir ki, Filippində iki hərbi təlim təyyarəsinin havada toqquşması nəticəsində dörd pilot həlak olub.
Hadisə oktyabrın 23-də paytaxt Manila yaxınlığındakı Batangas əyalətində, Fernando hərbi hava bazasında baş verib. SF-260 tipli iki təyyarə təlim uçuşu zamanı toqquşaraq yerə düşüb.
Filippin Hərbi Hava Qüvvələri hadisə nəticəsində hər iki təyyarədə olan dörd pilotun həyatını itirdiyini təsdiqləyib. Qəza ilə bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisə yerində yerdə olan digər şəxslər xəsarət almayıblar.
Ən son xəbərləri oxumaq üçün Expressxeberler.az saytını izləyin.
#TəyyarəQəzası #Filippin #HərbiHavaQüvvələri #DünyaXəbərləri #Expressxeberler #Expressxeberler.az
3. 099
baxış



