Gəlinlik mağazasında dəhşətli yanğın: Yüzlərlə gəlinlik külə döndü-FOTO

IMG_1830 Gündəm
12:53 Expressxeberler.az

Gəlinlik mağazasında dəhşətli yanğın: Yüzlərlə gəlinlik külə döndü

Expressxeberler.az xəbər verir ki, Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda üçmərtəbəli gəlinlik mağazasında yanğın baş verib.

Gecə saatlarında mağazanın bağlı olduğu vaxt başlayan yanğın qısa müddətdə binanın bütün mərtəbələrinə yayılıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovları nəzarət altına alaraq söndürüblər.

Yanğın nəticəsində yüzlərlə gəlinlik və digər məhsullar yararsız hala düşüb. İlkin hesablamalara görə, sahibkara təxminən 15 milyon Türkiyə lirəsi məbləğində maddi ziyan dəyib.

Yanğının başvermə səbəbi araşdırılır.

Screenshot

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Türkiyə #yanğın #gəlinlik #hadisə #Expressxeberler #Expressxeberler.az

267 baxış
Paylaş: