Salyanda dəhşətli qətl: Oğul anasını öldürdü, atasını və həyat yoldaşını bıçaqladı

Screenshot Gündəm
Screenshot
14:18 Expressxeberler.az

Salyanda dəhşətli qətl: Oğul anasını öldürdü, atasını və həyat yoldaşını bıçaqladı

Expressxeberler.az xəbər verir ki, Salyan rayonunun Sarvan kəndində ailə üzvlərinə qarşı bıçaqlı hücum hadisəsi baş verib.

Hadisə zamanı oğul anasını, atasını və həyat yoldaşını bıçaqlayıb. Ana aldığı xəsarətlərdən dünyasını dəyişib. Ata və gəlin isə xəstəxanaya yerləşdiriliblər.

Yaralıların 60 yaşlı Ağabala İsmayılov və onun 38 yaşlı gəlini Təranə İsmayılova olduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Salyan #Qətl #Hadisə #Cinayət #Expressxeberler #Expressxeberler.az

241 baxış
Paylaş: