Ramiz Mehdiyevin bütün əmlakı əlindən alındı

IMG_1891 Gündəm
20:52 Expressxeberler.az

Ramiz Mehdiyev 14 il müddətinə həbs edildi .

Expressxeberler.az xəbər verir ki, dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmü ilə Ramiz Ənvər oğlu Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib və 14 il müddətinə azadlıqdan məhrum edilib.

Onun yaşı və mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, təyin edilən həbs cəzasının şərti tətbiq olunması qərara alınıb.

Məhkəmənin hökmünə əsasən, Ramiz Mehdiyevin əmlakları dövlət nəfinə keçirilərək xüsusi müsadirə edilib. Həmçinin onun dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#RamizMehdiyev #məhkəmə #sonxəbər #Azərbaycan #Expressxeberler #Expressxeberler.az

178 baxış
Paylaş: