Fatimədən nənəsi ilə bağlı acı xatire”Əlimdən vururdu”

IMG_1358 Şou-biznes
22:40 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, sənətçi “Sevilən səhər” verilişində nənə sevgisi görmədiyini etiraf edib.

Fatimə bildirib ki, ana nənəsi dünyasını dəyişdiyi üçün onu heç vaxt görməyib. Atasının anası isə nəvələri arasında onlara qarşı fərqli münasibət göstərib.

“Nənə sevgisi görməmişəm. Çünki ana nənəm rəhmətə getmişdi, onu heç görməmişdim. Amma atamın anası isə nədənsə nəvələrinin içində bizi istəmirdi. O, rəhmətə gedib, atamın yanında dəfn edilib. Onu məndən başqa heç bir nəvəsi yad etmir”, – deyə sənətçi bildirib.

Rəqqasə uşaqlıqda yaşadığı bir hadisəni də xatırladıb. Onun sözlərinə görə, nənəsi digər nəvələrinə sevgi göstərsə də, ona qarşı münasibəti fərqli olub.

“İndiyə qədər yadımdadır, balaca idim, evinə gedirdim. Qazanın qapağını açanda əlimdən vururdu ki, olmaz. Bizdə isə belə şey olmaz, qazanın qapağını ilk nəvə açar. Digər nəvələrini isə sevirdi. Nənəmin belə münasibəti anamla bağlı deyildi. Çünki anam çox yaxşı gəlin olub”, – deyə Fatimə Fətəliyeva qeyd edib

3 baxış
Paylaş: