İnternetle qoxularıda hiss edeceyik

IMG_1360 Dünya
22:42 Expressxeberler.az

ABŞ və Çindən olan alimlər internet vasitəsilə qoxuları ötürə bilən yeni sistem hazırlayıblar.

Expressxeberler.az xəbər verir ki, tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Süni intellektlə işləyən sistem qoxuları tanıyır, onları rəqəmsal məlumatlara çevirərək qəbuledici qurğuya ötürür və aromanı yenidən yaradır.

Texnologiya qəhvə, pivə, qırmızı şərab, keks və portağal qoxuları üzərində sınaqdan keçirilib.

Təcrübədə iştirak edən 14 nəfər ayrı-ayrı qoxuları 73 faiz, iki qoxunun birləşməsini isə təxminən 71 faiz dəqiqliklə müəyyən edə bilib.

Tədqiqatçılar qoxunu ötürən qurğunun qolbaq və ya boyunbağı kimi aksesuarlara yerləşdirilə biləcəyini bildiriblər. Bundan başqa, alimlər virtual içkilərin dadını və ətrini real mühitdə canlandıra bilən fincan prototipi də hazırlayıblar.

Hazırda təcrübə mərhələsində olan texnologiyanın geniş istifadəyə verilməsi üçün əlavə sınaqların keçirilməsinə ehtiyac var

11 baxış
Paylaş: