İran ABŞ müqaviləli gəmisinə hücum edib
Dünya
İran Hörmüz boğazı yaxınlığında ABŞ-la müqaviləsi olan gəmiyə hücum edib. Bu barədə Fox News iki mənbəyə istinadən məlumat yayıb.
Expressxeberler.az xəbər verir ki, mənbələrin məlumatına görə, hücum zamanı dörd İran PUA-sı və ən azı bir raketdən istifadə olunub. Raketlərdən biri gəmiyə dəyib.
Hadisə nəticəsində gəmidə olan bəzi şəxslər, o cümlədən ABŞ personalı yüngül xəsarətlər alıb. Yaralananlara tüstüdən zəhərlənmə halları da daxil olub və onların körfəz ölkələrindən birində müalicə aldığı bildirilib.
Gəminin adı və yükü barədə məlumat açıqlanmayıb.
Bundan əvvəl Hörmüz boğazı yaxınlığında İranın Qarqan limanı ətrafında iki kiçik qayığa zərbə endirilməsi barədə məlumat yayılmışdı. İran mediası həmin qayıqların balıqçı qayığı olduğunu və bir neçə balıqçının itkin düşdüyünü bildirib.



