NATO-dan Rusiyaya mesaj: Polşanın hər qarışını müdafiə edəcəyik!

IMG_6310 Gündəm
09:30

 komandanı, general Aleksus Qrinkeviç də hərəkətə keçib. O, alyansın müdafiə və çəkindirmə imkanlarına qarşı mümkün təhdidlərin müəyyənləşdirilməsi və zərurət yaranarsa, müvafiq tədbirlərin görülməsi üçün göstəriş verib.

Xatırladaq ki, noyabrın 20-də Polşa hakimiyyəti ölkənin hava məkanının pozulması barədə məlumat yayıb. Həmin gün Lyublin və Podkarpatski vilayətlərində hava hücumu xəbərdarlığı siqnalları səslənib.

Daha sonra Ukrayna sərhədindən 46 kilometr məsafədə yerləşən Novıy Lipovets kəndinə naməlum hava aparatlarının düşməsi ilə bağlı məlumatlar və görüntülər yayılıb. Bəzi kadrlarda raket qalıqlarının olduğu iddia edilib.

Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış isə ölkədə yerləşdirilən “Patriot” hava hücumundan müdafiə sistemlərinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlayıb.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #NATO #Polşa #Dünya

11 baxış
Paylaş: