Yasamalda Xalq rəssamının oğlunun meyiti tapıldı
Gündəm
Bakıda Xalq rəssamının oğlu evində ölü tapıldı
Expressxeberler.az xəbər verir ki, Bakının Yasamal rayonunda mənzildən meyit aşkarlanıb.
Hadisə İnşaatçılar prospektində yerləşən mənzillərin birində qeydə alınıb. Aparılan araşdırma zamanı ölən şəxsin 1960-cı il təvəllüdlü Elşad Rüstəmov olduğu müəyyən edilib.
Onun meyiti üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.
Məlumata görə, Elşad Rüstəmov Xalq rəssamı Cahangir Rüstəmovun oğludur. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsində, Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi çalışıb.
Qeyd edək ki, Cahangir Rüstəmovun iki oğlu var. Onun böyük oğlu Eldar Rüstəmov texniki elmlər üzrə fəlsəfə doktoru və dosentdir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Bakı #Yasamal #Hadisə



