İndoneziyada fabrikdə yanğın – Ölənlər və itkin düşənlər var
Dünya
İndoneziyada şirniyyat fabrikində yanğın: 3 nəfər öldü, 36 nəfər itkin düşdü
Expressxeberler.az xəbər verir ki, İndoneziyanın Çikande sənaye zonasında yerləşən şirniyyat fabrikində baş verən yanğın nəticəsində üç nəfər həyatını itirib, 19 nəfər xilas edilib.
Hadisə zamanı itkin düşən 36 nəfərin axtarışları davam etdirilir.
Xilasetmə əməliyyatında iştirak edən polis əməkdaşının sözlərinə görə, üç nəfərin meyiti aşkarlanıb. Xilas edilənlərdən dördünün xəsarət aldığı bildirilir.
İlkin məlumata görə, yanğın zamanı fabrik binasında təxminən 60 nəfər olub.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #İndoneziya #Yanğın
14
baxış



