Bayramov Pərviz Abubəkirovun yerinə onu gətirir

IMG_1286 İqtisadiyyat
10:01

Səhiyyə Nazirliyində kadr dəyişikliyi: TƏBİB-dən yeni təyinat

Expressxeberler.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi baş verib.

Məlumata görə, TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib. Ona nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.

Fərid İsrafilzadə daha əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentində çalışıb. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra departamentə Zara İbrahimzadə rəhbərlik etməyə başlayıb. İsrafilzadə isə onun tabeliyində mətbuat katibi vəzifəsini icra edib.

Bu dəyişiklik Anar Bayramovun səhiyyə naziri təyin olunmasından sonra TƏBİB-də birlikdə çalışdığı bəzi kadrların nazirliyə gətirilməsi ilə bağlı addım kimi qiymətləndirilir.

Xatırladaq ki, oktyabrın 28-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.

Ən son xəbərləri oxumaq üçün hər gün Expressxeberler.az saytına daxil olun.

179 baxış
Paylaş: