Xankəndidə MDB-nin mühüm iclası başladı

IMG_1288 İqtisadiyyat
10:05

MDB ölkələrinin nümayəndələri Xankəndidə bir araya gəldi

Expressxeberler.az xəbər verir ki, oktyabrın 29-da Xankəndi Konqres Mərkəzində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi MDB ölkələrinin rəqabət qurumları arasında əməkdaşlığı gücləndirmək və təcrübə mübadiləsini genişləndirməkdir.

İclasda rəqabət qanunvericiliyinin tətbiqi, müasir bazar çağırışları və üzv dövlətlər arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunur.

Tədbirdə MDB-yə üzv ölkələrin müvafiq sahə üzrə nazirlərinin və qurum rəhbərlərinin iştirakı nəzərdə tutulub.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

123 baxış
Paylaş: