Yeni il ərəfəsində bu məhsullar bahalaşa bilər – XƏBƏRDARLIQ

Screenshot Gündəm
Screenshot
04:37

Yeni il ərəfəsində bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Expressxeberler.az xəbər verir ki, dekabr ayında Yeni il bayramı ərəfəsində bəzi ərzaq və qeyri-ərzaq məhsullarına tələbatın artması qiymətlərə təsir göstərə bilər.

İqtisadçı Asif İbrahimov bildirib ki, xüsusilə bayram süfrəsində istifadə olunan ət, balıq, toyuq, yumurta, süd məhsulları, meyvə-tərəvəz, şirniyyat, şokolad, çərəzlər və içkilərin qiymətlərində artım ehtimalı var.

Onun sözlərinə görə, mövsümi tələbatın yüksəlməsi ilə yanaşı, daşınma və saxlanma xərcləri, idxal qiymətləri və valyuta məzənnəsindəki dəyişikliklər də bahalaşmaya təsir edə bilər.

İqtisadçı qeyri-ərzaq məhsullarının da qiymətində artım ehtimalını istisna etməyib. Yeni il hədiyyələri, oyuncaqlar, uşaq geyimləri, bayram dekorasiyaları, məişət texnikası və elektronika məhsullarına tələbatın artması satıcıların qiymət siyasətinə təsir göstərə bilər.

Asif İbrahimov qeyd edib ki, mövsümi bahalaşma ilə süni qiymət artımını fərqləndirmək vacibdir. Bəzi satıcıların bayram ərəfəsində tələbatdan istifadə edərək qiymətləri əsassız şəkildə artırması da mümkündür.

İqtisadçı istehlakçılara alış-verişi son günlərə saxlamamağı və məhsulların qiymətlərini müxtəlif satış məntəqələrində müqayisə etməyi tövsiyə edib.

Onun fikrincə, Yeni il ərəfəsində qiymətlərin nə qədər artacağı bazardakı məhsul təklifindən, ehtiyatlardan, idxal imkanlarından və satıcıların davranışından asılı olacaq.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #İqtisadiyyat

102 baxış
Paylaş: