Deputat Kallas və fon der Leyeni Avropanın “ən böyük fəlakəti” adlandırdı
Cəmiyyət
Avropa Parlamentinin deputatı Luboş Blaqa Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallas və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin fəaliyyətini sərt şəkildə tənqid edib.
Expressxəbərlər.az xəbər verir ki, Blaqa Telegram kanalında Kallas və fon der Leyeni İkinci Dünya Müharibəsindən bəri Avropa üçün “ən böyük fəlakət” adlandırıb.
O, həmçinin Kallas və fon der Leyenin Avropa İttifaqını “nasist müharibə maşınına” çevirdiyini iddia edib. Deputat avropalıların belə bir Avropa İttifaqından “bezməyə başladığını” bildirib.
Blaqa daha əvvəl də Kallası “Avropa üçün əsas hibrid təhlükə” adlandırıb və onu müharibəni qızışdırmaqda ittiham edib.
Qeyd edək ki, Kallas son çıxışlarında Rusiyanın Avropaya qarşı hibrid fəaliyyətlərinin artdığını bildirib.



