Ədəbiyyat üzrə Nobel mükafatı ona verildi
Dünya
Expressxeberler.az xəbər verir ki, 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatına kanadalı yazıçı və şair Enn Karson (Anne Carson) layiq görülüb.
İsveç Akademiyasının açıqlamasına görə, mükafat Karsona klassik ənənə ilə yaradıcı dialoq quraraq müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və yenilikçi yaradıcılığına görə verilib.
76 yaşlı Karson şeir, nəsr, esse və tərcüməni birləşdirən özünəməxsus yaradıcılığı ilə tanınır. Onun məşhur əsərləri arasında “Autobiography of Red”, “The Beauty of the Husband” və “Nox” yer alır.
Qeyd edək ki, 2025-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatının laureatı macar yazıçı Laslo Krasznahorkai olub.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
35
baxış



