“Evdə tək” filminin YENİ versiyası: Kevin qayıdır və…

IMG_6189 Cəmiyyət
03:44

“Evdə tək” filminin YENİ versiyası: Kevin qayıdır və…

Expressxeberler.az xəbər verir ki, məşhur aktyor Makoley Kalkin “Evdə tək” filminin yeni hissəsində rol alacaq.

Yeni ekran əsərində hadisələrin Kevin MakKallisterin yetkinlik dövründəki həyatından bəhs edəcəyi gözlənilir.

Aktyorun daha əvvəl səsləndirdiyi ideyaya əsasən, bu dəfə Kevin tamaşaçıların qarşısına ata obrazında çıxacaq.

Qeyd edək ki, Makoley Kalkin ilk dəfə 1990-cı ildə ekranlara çıxan “Evdə tək” filmində Kevin MakKallister obrazını canlandırıb. Yeni layihənin çəkiliş və təqdimat tarixləri hələlik açıqlanmayıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Evdətək #MakoleyKalkin #Kino

77 baxış
Paylaş: