Məşhur idmançı güllələnərək öldürüldü – FOTO
Gündəm
Rusiyada tanınmış idmançı güllələnərək öldürüldü
Expressxeberler.az xəbər verir ki, Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov qətlə yetirilib.
Məlumata görə, idmançı tədbirdə iştirak etdikdən sonra binadan çıxarkən qara rəngli “Toyota Camry” avtomobilindən ona atəş açılıb.
Güllələrdən biri Davudovun başına dəyib. Ağır yaralanan idmançı xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Hadisəni törədən şəxslər ərazidən qaçıblar. Onların istifadə etdiyi avtomobil axtarışa verilib.
Qeyd edək ki, Məhəmməd Davudov Rusiyanın idman ustası olub. O, 2016-cı ildə cüdo üzrə Avropa Kubokunun qalibi, 2023-cü ildə isə sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı olub.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Expressxeberler #Dağıstan #Rusiya



