GTA 6 ilk gündə nə qədər gəlir əldə etdi? – Fantastik rəqəmlər açıqlandı
Dünya
GTA 6 satışa çıxarıldığı ilk gündə milyard dollarlar qazandırdı – Rekord nəticə
Expressxeberler.az xəbər verir ki, “Rockstar Games” şirkətinin çoxdan gözlənilən GTA 6 oyunu satışa çıxarıldığı ilk gündə rekord gəlir əldə edib.
“Sensor Tower” analitik şirkətinin hesablamalarına əsasən, oyunun ilkin sifarişləri və ilk gün satışları 24,5 milyon nüsxəni ötüb. Bu satışlardan təxminən 2,36 milyard dollar gəlir əldə olunduğu bildirilir.
Satışların təxminən 75 faizi “PlayStation 5”, qalan hissəsi isə “Xbox” konsollarının payına düşüb.
“Niko Partners” analitikləri GTA 6-nın 2026-cı ilin sonunadək dünya üzrə 3 milyard dollardan çox gəlir gətirəcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, açıqlanan rəqəmlər analitik şirkətlərin hesablamalarına əsaslanır və “Rockstar Games” tərəfindən rəsmi təsdiqini tapmayıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #GTA6 #RockstarGames #Texnologiya



