Pezeşkian atasının və özünün maaş fərqini açıqladı: Qərbi Azərbaycanda niyə geriləmə baş verib?

IMG_1715 Gündəm
12:43

Pezeşkian İranın regionları arasındakı bərabərsizliyi etiraf etdi

Expressxeberler.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında sosial-iqtisadi bərabərsizliyin mövcudluğundan danışıb. O, Qərbi Azərbaycan vilayətinin digər regionlarla müqayisədə geri qalmasını nümunə göstərib.

Prezidentin sözlərinə görə, İslam inqilabından əvvəl mərhum atası Qərbi Azərbaycanda işləyərək 400 tümən maaş alırdı. Halbuki özü yalnız orta təhsil attestatı ilə Sistan və Bəlucistan vilayətinin ucqar rayonlarında xidmət edərkən 1800 tümən qazanırmış. Pezeşkian 1973-cü ildə təhsilini başa vurduqdan sonra hərbi xidmətini Zabol şəhərində keçib.

Pezeşkian bildirib ki, maliyyə və inzibati resursların Tehranda cəmləşməsi regionlar arasındakı fərqi daha da artırır. Bu vəziyyət mütəxəssisləri paytaxta köçməyə məcbur edir və əyalətlərin inkişafına mane olur.

Qeyd edək ki, Qərbi Azərbaycan vilayətində anadan olan və uzun illər Təbrizdən parlament deputatı kimi fəaliyyət göstərən Pezeşkian prezidentliyi dövründə regionların inkişafı və iqtisadi tarazlığın təmin edilməsini əsas məsələlərdən biri kimi gündəmə gətirir.

İranın sərhəd bölgələrində iqtisadi və infrastruktur problemləri ölkədə müzakirə olunan aktual məsələlər sırasındadır.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #İran #Pezeşkian #iranabş

18 baxış
Paylaş: